Hövsan-Zığ yolunun bəxti nə vaxt açılacaq? -VİDEO
3-06-2020, 13:06
Oxunub: 1 912
On minlərlə insanın həsrətlə gözlədikləri yolun bəxti nə vaxt açılacaq ? Söhbət Hövsan-Zığ magistral yolundan gedir. Baku.Tv xəbər verir ki, təmirinə hələ 2015-ci ildən başlanılan bu yol əvvəllər həddən artıq acınacaqlı vəziyyətdə olub. Qəsəbə böyüdükcə, əhalinin sayı artdıqca, kələ kötür yol daha böyük problemlərə yol açıb. Sakinlər deyir ki, yolun bərbad olması qəzaların sayını artırır. Təmir işlərinin uzadılması ilə əlaqədar yoldakı keçidlər də, acınacaqlı hala düşüb.
“ 5 ilə yaxındır ki, bu yolda vəziyyət belədir. Keçidlərdə bərbad hala düşüb.” – deyə bir sakin iradını bildirir.
AAYDA-dan bildirdilər ki, son illərdə bu yolun tikintisi üçün maliyyə vəsaiti ayrılmadığından tikinti müvəqqəti dayandırılıb. Lakin, cari ildə təmir işləri davam etdiriləcək.
“Zığ-Hövsan yolunda sonuncu dəfə tikinti işləri 2017-ci ildə həyata keçirilib. 2018-2019-cu illərdə bu yolun tikintisi maliyyə vəsaiti ayrılmadığından tikinti işləri müvəqqəti dayandırılıb. Artıq bu yolun təmir olunması cari ilin investisiya proqramına salınıb və yaxın müddət ərzində həmin yolda təmir-tikinti işlərinin bərpası planlaşdırılır. “ – deyə Anar Nəcəfli qeyd edir.
Yenidənqurma işlərinin 2021-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-02-2021, 13:19 : Prezident yeni yaradılmış agentliyə sədr təyin etdi (SƏRƏNCAM)
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm