Xızıda yaşayış binasında narkotik becərən şəxs saxlanıldı
4-06-2020, 12:37
Oxunub: 2 906
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Giləzi qəsəbə ərazisində yerləşən yaşayış binasının beşinci mərtəbəsində, yaşayış olmayan mənzildə xüsusi aqro-texniki qaydada qulluq edərək narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, araşdırmalarla onun həmin qəsəbə sakini, “Pedro” ləqəbli Turqay Ağayev olduğu müəyyən edilib.
Dindirilmə zamanı T.Ağayev törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.
Polis əməkdaşları tərəfindən T.Ağayevin tərəfindən dibçəklərdə əkilmiş 8 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər