Bakıda universitetin nümunəvi tələbəsi intihar etdi
5-06-2020, 13:27
Oxunub: 3 187
Ötən gün Bakıda özünü çoxmərtəbəli yaşayış binasından ataraq intihar edən şəxsin hansı ali təhsil müəssisəsinin tələbəsi olduğu məlum olub.
“Report”un məlumatına görə, hadisə zamanı dünyasını dəyişən 1999-cu il təvəllüdlü Nağdıyeva Günel Bəhram qızı Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi imiş.
Universitetin Tədris işləri üzrə prorektoru Eldar Aslanov “Report”a bildirib ki, mərhum təhsil ocağının Təsviri incəsənət müəllimliyi ixtisasının III kurs tələbəsi olub:
“Dövlət sifarişi ilə yüksək balla universitətə qəbul olub. Oxuduğu müddət ərzində dərs göstəriciləri, davamiyyəti yaxşı olub. Bir sözlə, nümunəvi tələbə olub. Onun intihar etməsi hər kəs üçün gözlənilməz olub. Bizdə olan məlumata görə, tələbə əslən Şəmkirdən olsa da, Bakıda anası və qardaşı ilə kirayədə qalırmış. Onun yaxınlarına səbr diləyirik, baş sağlığı veririk və lazım olduğu qədər ailəsinə dəstək olmağa çalışacağıq”.
Qeyd edək ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər