"Marketlər və ticarət obyektləri bu gecə saat 00:00-dək işləyə bilər" - DİN
5-06-2020, 15:45
Oxunub: 2 682
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində yerləşən marketlər və ticarət obyektləri bu gecə 00:00-dək faəliyyət göstərə bilər.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O bildirib ki, hazırda marketlərin və digər ticarət obyektlərinin fəaliyyətində hər hansı bir məhdudiyyət yoxdur: “Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həmin obyektlərin fəaliyyəti iyunun 6-sı gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək dayandırılacaq”.
E. Zahidov həmçinin qeyd edib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları karantin rejimə nəzarəti mütəmadi və gücləndirilmiş formada həyata keçirəcəklər: "Qərarın tətbiq edildiyi rayon və şəhərlərdə yalnız mərkəzi hissələr deyil, hər yerdə, məhəllələrdə də polis nəzarəti olacaq. Vətəndaşları iki gün evdə oturmağa, küçəyə çıxmamağa çağırırıq. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda şənbə və bazar günləri müvafiq icazəsi olan vətəndaşlardan başqa digər vətəndaşlara yaşayış yerini və olduğu yeri tərk etmək qadağan olunub. Həmin qaydanı pozan şəxslər şəxslər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 manat cərimə ediləcəklər”.
Qeyd edək ki, sosial şəbəkələrdə polisin mağazalara və digər ticarət obyektlərinə bu gün saat 14:00-dan sonra fəaliyyət göstərməsinə icazə vermədiyi haqda məlumatlar yayılıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər