İcra başçısı iki məmurla bağlı prokurorluğa müraciət etdi
5-06-2020, 18:01
Oxunub: 1 656
Qubanın icra başçısı iki vəzifəli şəxs barədə prokurorluğa müraciət edib.
İcra başçısı Ziyəddin Əliyevin tapşırığına əsasən rayonun Zərdabi və Talabıqışlaq İnzibati Ərazi Dairələri (İƏD) üzrə nümayəndəlikdə "DOST-İş Mərkəzi" MMC-nin xəttilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması sahəsində şəffaflıq və ədalətlilik prinsiplərinə əməl olunması vəziyyəti yoxlanılıb.
Yoxlama zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Məlum olub ki, iki icra nümayəndəsi ödəmə kartlarının mənimsənilməsi, yaxın qohumlarının ödənişli ictimai işlərə cəlb olunması və digər qanun pozuntuları ediblər.
Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Z.Əliyev Zərdabi İƏD üzrə nümayəndə Ramin Rasif oğlu Nəcəfov və Talabıqışlaq İƏD üzrə nümayəndə Şahin Nizam oğlu Heybətovu tutduqları vəzifədən azad edib və əməllərinə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına müraciət olunub.
Faktlarla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər