Həftəsonu küçəyə çıxanları hansı cəzalar gözləyir?
6-06-2020, 11:42
Oxunub: 3 601
Baş Nazir Əli Əsədovun 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq olunacaq sərt karantin rejiminin tələblərinə riayət edilməsinə nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, məhdud sayda əməkdaşla fəaliyyətinə icazə verilən təşkilatların xidməti nəqliyyat vasitələri istisna olmaqla şənbə və bazar günü əhalinin evdən çıxmasına, ictimai nəqliyyatın hərəkətinə tam qadağa qoyulub.
Nazirlər Kabinetinin 4 iyun tarixli 191 nömrəli qərarına əsasən, bütün növ avtomobillərdən və ictimai nəqliyyat vasitələrindən, yəni fərdi avtomobillərlə yanaşı, avtobus və taksilərdən də istifadəyə icazə verilməyəcək.
Siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş dövlət orqanları əməkdaşlarının, eləcə də fəaliyyətinə icazə verilmiş xidmət sahələrində işləyən və hərəkət üçün məlumatları işəgötürən tərəfindən "icaze.e-gov.az” portalına daxil edilmiş şəxslər, habelə yaxın qohumların dəfnində iştirakla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti -Zəng Mərkəzi vasitəsilə icazə alma halları istisna olmaqla, iyun ayının 5-dən 6-na keçən gecə saat 00:00-dan iyunun 8-i saat 06:00-dək kimsə yaşadığı evdən, mənzildən çıxarsa, bu qanun pozuntusu kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəklər.
İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsin əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə oluna, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, fiziki və vəzifəli şəxslərə bir ayadək müddətə inzibati həbs cəzası tətbiq oluna bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər