BolgeXeber.Com » Xəbərlər » 3 tona yaxın narkotik bitki məhv edildi - Qaxda

3 tona yaxın narkotik bitki məhv edildi - Qaxda

9-06-2020, 10:26
Oxunub: 2 929 Qaxda 3 tona yaxın narkotik bitkilər məhv edildi.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə bitkiləri aşkar edilib.
Ümumi çəkisi 3 tona yaxın olan 5350 ədəd həmin narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılma üsulu ilə məhv edilib.