BolgeXeber.Com » Xəbərlər » Tərtərdə imtahanların keçirilməsi nəzərdə tutulan məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb

Tərtərdə imtahanların keçirilməsi nəzərdə tutulan məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb

9-06-2020, 11:27
Oxunub: 2 769 Buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb

Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayının 11-də Tərtər rayonunun ümümtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı keçiriləcəkdir.
Buraxılış imtahanlarının keçirləcəyi Tərtər şəhər 1, 6, Şıxarx 2 saylı tam orta məktəblərdə və şəhər 2 saylı məktəb-liseydə sanitar qovşaqlar təmir edilib, dezinfeksiya və təmizlik işləri aparılıb, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.
İmtahanlarda iştirak edəcək şagirdlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadəsi və qaydalara riayət etməsi mütləqdir.