BolgeXeber.Com » Xəbərlər » Yol polisi əməkdaşından daha bir nümunəvi addım-FOTO,VİDEO

Yol polisi əməkdaşından daha bir nümunəvi addım-FOTO,VİDEO

11-06-2020, 18:35
Oxunub: 6 427 Bolgexeber.com bildirir ki, bu gün Bakı-Qazax magistral yolunun Ələt ərazində bir nəfər vətəndaş yolun ortasında uzanaraq öz həyatına təhlükə yaradıb ,avtomobillərin gediş-gəlişinə maneçilik törədib  və nəticədə  yolda tığac yaranıb.Təsadüfən hadisəni görən  yoldan keçən Yevlax Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Qarayev Ceyhun mülki avtomobilini saxlayaraq tığacı aradan qaldırmaq üçün həmin vətəndaşı kənara çəkib və onun problemini həll etmək üçün onu dinləyib, sonra isə köməklik göstərib.
Yoldan keçən Bolgexeber.com-un və BÖLGƏ TV-nin  əməkdaşları təsadüfən polisin bu nümunəvi addımın şahidi olublar və onlar da vətəndaşın ərazidən çıxarılmasına köməklik göstəriblər.