Azərbaycanda anomal istilər gözlənilir - Baş hidroloq
12-06-2020, 12:23
Oxunub: 888
Azərbaycanda builki yay dövründə ayrı-ayrı günlərdə anomal isti günlərin olacağı istisna edilmir.
Bolgexeber.com xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, adətən, yay dövründə anomal istilər iyul-avqust aylarının ayrı-ayrı günlərində müşahidə edilir:
"Statistik məlumatlar da onu göstərir ki, əvvəllər davamlı anomal isti günlər 1-2 gün davam edirdisə, artıq son illərdə belə günlər davamlı olaraq, 1 həftəyədək müşahidə edilir. Bu da o deməkdir ki, ilbəil istiləşmə olur”.
A.Verdiyev əlavə edib ki, Bakı və Abşeron yarımadasında 35 dərəcədən yüksək temperaturun qeydə alındığı günlərin sayı artıb.
Mütəxəssis bunun iqlim dəyişikliyi ilə əlaqədar olduğunu söyləyib:
"Son məlumatlar onu göstərir ki, iyul-avqust ayları Azərbaycanda yayın ən isti aylarıdır. Yay aylarında Bakıda ən yüksək temperatur 2015-ci il 4 avqustda 41,2 dərəcə, 2017-ci il 9 avqustda 42,6 dərəcə, 2018-ci il 1 iyulda 42,7 dərəcə isti olmaqla qeydə alınıb”.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər