BolgeXeber.Com » Xəbərlər » Balakəndə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb
Balakəndə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb
12-06-2020, 13:14
Oxunub: 920
İyunun 11-də saat 20 radələrində Balakən rayonunun Mahamalar kəndi ərazisində rayon sakini 1993-cü il təvəllüdlü Vaqif Musayev idarə etdiyi “VAZ-21015” markalı 99–RE-173 dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş halda hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər Elçin Verdiyev və Kənan Yüzbaşıyev aldıqları xəsarətlərdən hadisə yerinə ölüb, sürücü və digər sərnişin Elmar Şahverdiyev isə bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Balakən Rayon Prokurorluğunun Bolgexeber.com-a daxil olan məlumatında bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Hadisə yerinin sxemi tərtib olunub, müvafiq ekspertizalar təyin edilib, şahidlərin ifadəsi alınıb və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər