BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda virtual “Son zəng” baş tutdu - TAM VİDEO

Azərbaycanda virtual “Son zəng” baş tutdu - TAM VİDEO

12-06-2020, 14:23
Oxunub: 2 490 Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda ilk dəfə virtual şəkildə "Son zəng" tədbiri baş tutub. 
Bolgexeber.com xəbər verir ki, tədbir Azərbaycan himni ilə başlayıb. Ölkənin müxtəlif bölgələrində yaşayan məzunlar himnimizi ifa ediblər. 
Ötən illərdən fərqli olaraq 2019-2020-ci tədris ilinin məzunları üçün son zəng Təhsil naziri Ceyhun Bayramov tərəfindən çalınıb. 
Daha sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər "Azərbaycanım” mahnısını ifa ediblər. 
Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin 11-ci siniflərini 80 646 şagird bitirəcək.