Bərdədə taxıl biçini davam etdirilir
16-06-2020, 16:42
Oxunub: 3 281
Bərdə rayonunda taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Biçin prosesində 38 kombayn iştirak edir. Bunlardan 19-u “Aqrolizinq” ASC-nin sosial biçin aparan kombaynlarıdır. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 19 kombayn da taxıl biçininə cəlb edilib. Bu il Bərdədə 11038 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 8511 hektarı buğda, 2527 hektarı arpa əkinləridir. Artıq rayonda arpa biçini yekunlaşıb. Fermerlər 2527 hektar arpa sahəsindən 10057,5 ton məhsul yığıblar. Arpa üzrə orta məhsuldarlıq 39,8 sentner təşkil edir. Hazırda rayonda buğda sahələrində biçin aparılır. 625 hektar sahədən 2781 ton məhsul yığılıb və orta məhsuldarlıq 44,5 sentner olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər