BolgeXeber.Com » Xəbərlər » Bərdə İcra Hakimiyyəti tərəfindən pandemiyanın qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
Bərdə İcra Hakimiyyəti tərəfindən pandemiyanın qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
18-06-2020, 17:17
Oxunub: 3 850
Bərdə rayonunda (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyəti Başçısının yanında yaradılmış Operativ Qərargahın növbəti iclası keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı V.İ. İsayev rayonun hüquq-mühafizə orqanlarına, xidmət təşkilatlarına və Operativ Qərargahın nəzdində yaradılmış təbliğat qrupuna növbəti ardıcıl tədbirlər həyata keçirilməsi üçün ciddi tapşırıqlar vermişdir. Qərargahın iclasından sonra xüsusi dərman pereparatları vasitəsi ilə bütün yaşayış məntəqələri ərazilərində olan inzibati binaların, ticarət obyektlərinin, küçə və meydanların dezinfeksiya edilməsi işinin dərhal növbəti mərhələsinə başlanılmışdır. Şəhərin əsas küçələri və həmin küçələrdə yerləşən ticarət obyektləri, bütün idarə, müəssisə və təşkilatların inzibati binaları, otellər, mağazalar, apteklər, banklar, bütün ictimai iaşə obyektləri tam dezinfeksiya olunmuşdur. Eyni zamanda müntəzəm olaraq infeksiyaya yoluxma riskinin qarşısının alınması məqsədilə təlimatlar sakinlərə izah olunur, küçə və meydanlara maarifləndirici elanlar vurulur. Tələbata uyğun olaraq rayonda fəaliyyət göstərən əczaxanalarda qoruyucu vasitələrin olmasına nəzarət edilir. Bərdə rayonunun bütün yaşayış məntəqələrindəki orerativ mobil qruplar vətəndaşların tibbi ləvazimatlardan, xüsusilə maskalardan istifadəsinə və məsafə saxlanmasına ciddi nəzarət edirlər. Yaşayış məntəqələrində və şəhərin təmizliyi diqqət mərkəzində saxlanılır. Xidmət təşkilatlarının, polis əməkdaşlarının və səhiyyə işçilərinin birgə işi rayon İcra Hakimiyyəti tərəfindən əlaqələndirilərək mükəmməl şəkildə nöqsansız həyata keçirilməsinə ciddi nəzarət edilir.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər