BolgeXeber.Com » Xəbərlər » İydəlikdə qadından intim tələb: "Gəlmisən, niyə imtina edirsən?..." - Şok təfərrüat

İydəlikdə qadından intim tələb: "Gəlmisən, niyə imtina edirsən?..." - Şok təfərrüat

19-06-2020, 13:14
Oxunub: 9 596 Yüngül həyat tərzi keçirən qadını qətlə yetirməkdə ittiham olunan 1969-cu il təvəllüdlü Mayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mayıl Məmmədov 8 mart 2017-ci ildə saat 17.30-da tanışı Gülnar İbrahimova ilə cinsi əlaqədə olmaq məqsədi ilə Mingəçevir şəhərində yerləşən 1 saylı orta məktəbin yaxınlığında onunla görüşüb, idarə etdiyi VAZ-2107 markalı avtomobili ilə birlikdə Yevlax-Ağdaş şosse yolunun kənarındakı meşəlik sahəyə gəlib.
20 manata cinsi əlaqə
Orada Mayıl Məmmədov Gülnar İbrahimova ilə birgə kolbasa-çörək yeyib, spirtli içki içib. Sonra Gülnar İbrahimovaya cinsi əlaqədə olmağı təklif edib. Qadın cinsi əlaqə müqabilində ondan 20 manat tələb edib.
Gülnar İbrahimova Mayıl Məmmədovdan 20 manatı alıb, sonra menstruasiya dövründə olduğunu bildirərək cinsi əlaqədən boyun qaçırıb. Belədə Mayıl Məmmədov 20 manatı geri istəyib. Gülnar İbrahimova pulu qaytarmaqdan imtina edib.
Mübahisə zamanı Gülnar İbrahimova onun və anasının ünvanına nalayiq ifadələr işlədib. Mayıl onun sifətinə şillə vurub, ona bədən xəsarəti yetirib.
Çay kənarında qətl
Gülnar İbrahimova söyüş söyməyi davam etdirib, Mayıl Məmmədov buna görə qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. O, qadını avtomobilinə əyləşdirib və əvvəlcədən tanıdığı Qax rayonu Əlibəyli kəndinə gedən avtomaşın yolunun 900-cü metrliyindən keçən, yaşayış məntəqəsinin olmadğı əraziyə, çayın kənarına gətirib.
Gülnar İbrahimova yenidən onun və mərhum anasının ünvanına təhqiramiz ifadələr işlətdiyindən çay kənarındakı torpağın üstündən götürdüyü ağac parçası ilə onu vurub. Gülnar İbrahimova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Mayıl Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.
“Yolda tanış olduq”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mayıl Məmmədov bildirib ki, Mingəçevir şəhər sakini, yüngül həyat tərzi keçirən Gülnarı 2017-ci ilin fevralın 27-də Mingəçevir şəhərinə müştəri aparıb düşürtdükdən sonra tanıyıb:
“Həmin gün saat 11 radələrində idarə etdiyim maşınımla Mingəçevir şəhərinə müştəri apardım. Geri qayıdarkən keçmiş tikiş fabrikinin yaxınlığında Gülnar və ayaqdan axsaq olan Təranə adlı qız mənə əllə işarə edərək maşını saxlatdırdı, onları Xaldan qəsəbəsi istiqamətinə aparmağımı xahiş etdilər.
Yolda həmin qızlarla tanış oldum. Onların hər ikisinin yüngül həyat tərzi keçirən qadın olduqlarını bildim. Gülnarın mobil nömrəsini aldım”.
“Məqsədim cinsi əlaqədə olmaq idi”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, martın 8-də saat 17:00-da Gülnarın mobil nömrəsinə zəng edib və onunla Mingəçevir şəhərində görüşüb:
“Gülnara cinsi əlaqədə olmaq istədiyimi bildirdim, razılaşdı. İdarə etdiyim avtomaşınla Mingəçevirə getdim. Saat təxminən 17.30-da onu götürdüm, maşını Xaldan qəsəbəsi istiqamətinə sürdüm. Məqsədim yemək və araq alaraq Gülnarla yeyib-içdikdən sonra avtomaşın yolu kənarındakı “İydəlik” adlanan yerdə dayandırıb, onunla cinsi əlaqədə olmaq idi. Ona görə avtomaşını Xaldan qəsəbəsinə tərəf sürdüm.Qəsəbənin Ağdaş rayonu istiqamətinə gedən yerində avtomaşın yolunun sağ tərəfindəki “Ucuzluq” adlı marketin qarşısında saxladım.
Marketdən kolbasa, çörək, 1 litrlik “Kola”, “Zolotoy kolso” adlı yarım litrlik araq və bir dəfəlik plastmas stəkanlar aldım. Yevlax rayonu istiqamətinə gedən iydə ağaclarının yaxınlığında maşını saxladım.
Aldığım ərazaqları və araq şüşəsini maşının kapotunun üstünə qoydum, yeyib-içdik”.
“Dedi, əvvəl pulu ver, sonra...”
Mayıl Məmmədov bildirib ki, Gülnar təxminən 100 qram araq içəndən sonra ondan “görüş pulu"nu istəyib: “Nə qədər pul verəcəyimi soruşdum, dedi, 20 manat. Hələ cinsi əlaqədə olmadığımızı, niyə tez pulu istədiyini soruşdum, dedi ki, əvvəl pulu ver, sonra səninlə cinsi əlaqədə olaram. 20 manatı verdim. O, stəkanın yarısı qədər 2 dəfə dalbadal araq içəndən sonra cinsi əlaqədə olmağı təklif etdim. Gülnar xəstə olduğunu bildirdi.
Başa düşdüm ki, Gülnar qadın xəstəliyini nəzərdə tutur. Ona görə dedim, əgər xəstə idinsə nə üçün pulu aldın?.. “Evdən çıxmışam, vaxtımı almısan, pulumu almalıyam” cavabını verdi. Ondan 20 manatı qaytarmasını tələb etdim. Nalayiq formada “rədd ol get” ifadəsini işlətdi. Ona “sən məni “lox” hesab edirsən?” deyə qəzəbləndim. Verdiyim pulu geri istədim”.
“Gülnarı evinə aparmaq istəyirdim”
Mayıl Məmmədov bildirib ki, Gülnardan təkidlə 20 manatı tələb edəndə təkrarən qadın nalayiq ifadə ilə söyüb və pulu qaytarmayacağını bildirib: “Sol əlimlə onun üzünün sol tərəfinə bir şillə vurdum. O da mərhum anamın ünvanına nalayiq ifadə işlətdi. Sonra onu yenə də vurdum. Şilləni vuranda dodağının sol tərəfi zədələndi, qanadı. Bundan sonra ünvanıma daha təhqiramiz söyüşlər dedi.
Onu maşına oturdub aparmaq istəyəndə araq butulkasını götürərək başına çəkdi, təxminən 1 stəkana kimi araq içdi. Əlindən araq butulkasını aldım və maşın yoluna tərəf atdım. Butulka asfalta dəyərək sındı.
Gülnar bundan sonra anamın qəbrini nalayiq söyüşlərlə söyəndə avtomaşının sağ tərəfdən qapısını açdım, ondan maşına oturmağı tələb etdim. Arxa oturacağın sağ tərəfində oturdu. Məqsədim Gülnarı Mingəçevir şəhərinə, yaşadığı evinə aparmaq idi”.
“Gülnar elə sərxoş idi ki...”
Mayıl Məmmədovun ifadəsinə görə, “555” adlı kafeyə çatanda Gülnar ondan “Qəhbə oğlu, hara gedirik” deyə soruşub: “Bundan sonra fikrimi dəyişdim. Avtomaşını yolun kənarına verdim, maşını Şəki rayonu istiqamətinə döndərdim. Gülnarı cəzalandırmaq məqsədilə əvvəllər bir neçə dəfə sərnişin apardığım Qax rayon mərkəzindən Zaqatala rayonu istiqamətinə gedən avtomaşın yolundan təxminən 8-10 kilometr aralıda solda, Əlibəyli kəndi tərəfdə çaya doğru aparmaq qərarına gəldim.
Gülnar çox içdiyinə görə həddən artıq sərxoş idi. Özünü idarə edə bilmirdi, arxa oturacaqda oturaraq mobil telefonu ilə kiminlə danışırdı. Danışığından telefonda “Whatsapp”la kiməsə səsli mesaj göndərdiyini başa düşdüm. Sərxoş olduğu üçün çətinliklə danışırdı.
Həmin yerə gəldim. Gülnarı avtomaşından düşürdüm, körpünün olduğu yerdə sağda, çaya tərəf aparanda müvazinətini saxlaya bilmədi. Sol tərəfi üstünə asfalt yola yıxıldı. Onun zədələnib-zədələnməməsinə əhəmiyyət vermədim. Ayağa qaldıraraq meyitini çaya atacağım yerin yaxılığındakı daşlığa gətirəndə o, yenidən ağzı üstə yerə yıxıldı. Onu ayağa qaldırmaq isətəyəndə mənim və mərhum anamın ünvanına nalayiq söyüşlər işlətdi, onu nə üçün yerə yıxdığımı bildirdi. Ona “səni mən yıxmadım, özün yıxıldın” cavabını verdim”.
“Xırıltılı səsi gəldi, zarımağa başladı”
Təqsirləndirilən şəxs qeyd edib ki, çayın sağ tərəfi ilə 8-9 metr getdikdən sonra Günar böyük bir çay daşının üstündə oturmaq istəyib, özünü saxlaya bilməyib və arxası üstə çay daşlarının üstünə yıxılıb: “Onu ayağa qaldırmaq istəyəndə yenə söyüş söydü, yenə anamın qəbrinə söyəndə onun döş nahiyəsindən yumruğumla geri itələdim. O, yerə yıxıldı. Yerdən götürdüyüm ağac budağı ilə uzanaqlı vəziyyətdə olan Gülnarın ağzından itələdim.
Əsəbi halda, ağzını yummasını və söyüş söyməməsini tələb etdim. Ağac budağını onun ağız boşluğuna itələdim, soxan kimi səsi xırıldamağa başladı. Qışqırmaq isətəsə də, səsi çıxmadı. Başa düşdüm ki, Gülnarın ağzına soxduğum qırıq budaq onun dilinin dibinə kimi girib. Çünki o, qışqıra bilmədi, xırıltılı səsi gəldi və zarımağa başladı”.
“Təpədən yelləyərək çaya atdım”
Mayıl Məmmədovun ifadəsinə görə, Gülnarın zarıldamasını görüb, əynində şalvarındakı kəmərindən tutub və çayın kənarındakı təpədən çaya tullamaq istəyib:
“Bu zaman kəmər qırıldı. Gülnar möhkəmdən zarıldadı, ağac ağzında olduğu üçün qışqıra bilmədi. Başa düşdüm ki, onun ağızına soxduğum budaq qırığı qışqırmasına imkan vermir. Bundan sonra bir əlimlə onun şalvarının bel tərəfindən, digər əlimlə də əynindəki qara rəngli koftasının arxa hissəsindən tutdum, onu təpədən yelləyərək çaya tərəf atdım.
Gülnar çaya düşəndə möhkəm su səsi gəldi, onun çayın içinə düşdüyünü bildim. Mobil telefonumun fanarını yandırdım, Gülnarı atdığım yerə baxanda onun çayın içində üzü üstə çabaladığını gördüm. Ona əhəmiyyət vermədim, avtomaşına oturdum və yaşadığım Yevlax rayonu Yuxarı Salamabad kəndinə getdim”.
“Etdiyim əməldən peşman olmuşdum”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, gecə saat təxminən 2-yə 20 dəqiqə işləmiş evinə çatıb: “Səhər saat 9-da oyandım. Çay içəndən sonra maşına baxanda Gülnarın markasını xatırlamadığım mobil telefonunun və gödəkçəsinin maşının arxa oturacağında qaldığını gördüm.
Gödəkçəni götürərək qarajda olan sellofan kuloka qoydum, qaraj kimi istifadə etdiyim navesin altındakı dəmir seyfdə gizlətdim. Mobil telefonun arxasını açdım, içərisindəki batareykanı çıxartdım. Telefonu evdə şkafın içində olan mələfələrin arasına qoydum.
Mobil telefonun batareykasını çıxarmağımın səbəbi telefonun yerinin öyrənilməsinə maneçilik yaratmaq olub. Çünki televiziyada baxdığım kinolarda görmüşdüm ki, telefonla adamların olduğu yeri öyrənmək olur.
Gödəkçəni sellofan kulokda qarajdakı dəmir seyfə qoyanda onun ciblərinə baxmamışam. Çünki səhəri günü artıq sərxoşluqdan ayılmışdım və etdiyim əməldən peşman olmuşdum. Hadisədən sonra evə qayıtdıqda törətdiyim hadisə barədə kiməsə danışmamışam. Ancaq qaynaqçı kimi şərikli işlədiyim həmkəndlim Nizami Məmmədova nə vaxtsa polislərin gəlib məni aparacağını demişdim. Nizami də “nə üçün aparacaqlar” sualını verdikdə, “nəsə ürəyimə damıb” cavabını verdim”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mayıl Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Mayıl Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib. Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Mayıl Məmmədovun şikayəti təmin edilməyib.
Daha sonra o, kasasiya şikayəti versə də, Ali Məhkəmənin qərarı ilə onun kasasiya şikayəti də təmin edilməyib.