BolgeXeber.Com » Xəbərlər » Ermənilər atəşkəsi 24 dəfə pozdu

Ermənilər atəşkəsi 24 dəfə pozdu

20-06-2020, 09:22
Oxunub: 2 346 Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli və Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.