Baş Prokurorluqdan itkin düşən qızlarla bağlı AÇIQLAMA
20-06-2020, 12:30
Oxunub: 1 720
İyunun 19-da axşam saatlarında paytaxt sakinləri 2004-cü il təvəllüdlü Alamə Kərimova, 2006-cı il təvəllüdlü İlahə Ələsgərova və 2010-cu il təvəllüdlü Səkinə Ələsgərovanın qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmələri ilə bağlı valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, azyaşlılar qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndindən Bakı şəhərinə qayıtmaq qərarına gəlib, bu məqsədlə qızlar yola çıxaraq Bakı istiqamətinə gedən “Kamaz” markalı yük avtomobilinə miniblər.
Azyaşlılar paytaxta yaxınlaşarkən gecə 03 radələrində Salyan rayonu ərazisindəki polis postlarının birində aşkarlanaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideynlərinə sağ-salamat təhvil veriliblər.
İtkin düşmüş şəxslərdə hər hansı xəsarət və ya xəsarət izi, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm