BolgeXeber.Com » Xəbərlər » Şəki sakinindən 6 kq-a yaxın narkotik götürüldü

Şəki sakinindən 6 kq-a yaxın narkotik götürüldü

22-06-2020, 11:26
Oxunub: 2 067
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Alı Həsənov saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan  Bolgexeber.com -a verilən məlumata görə, A.Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqrama yaxın, hündürlükləri 90 sm-dən 238 sm-dək olan 21 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.