Prokurorluq Göygöldə qadının bıçaqlanması faktı ilə bağlı məlumat yayıb
22-06-2020, 13:42
Oxunub: 1 696
Bəzi kütləvi informasiya vasitələrində Göygöl rayonunda qadınlar arasında baş vermiş mübahisə zamanı onlardan birinin bıçaqlanması ilə bağlı məlumatlar yayılıb.
Baş Prokurorluğunun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, iyunun 21-də saat 14 radələrində Gəncə şəhər sakini 1991-ci il təvəllüdlü Rəvanə Novruzovanın bıçaqlanaraq “daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü İlqam Əliyevin aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı R.Novruzovanı bıçaqlamasına şübhələr üçün əsaslar müəyyən edilib.
Hazırda İ.Əliyevin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 2-02-2021, 22:06 : İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa işləri dövlətimizin başçısının nəzarətindədir
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm