Bakıda bank işçisi koronavirusa yoluxdu - Filial bağlandı
23-06-2020, 10:56
Oxunub: 2 016
"Azər Türk Bank”ın Yasamal filialı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Bolgexeber.com Modern.az-a istinadən xəbər verir ki, əməliyyat aparmaq üçün banka yaxınlaşan vətəndaşın verdiyi məlumata görə, filial cümə günündən etibarən fəaliyyətini müvəqqəti dayandırıb. Bankın iyunun 24-dən etibarən fəaliyyətini bərpa edəcəyi bildirilib.
Məsələ ilə bağlı "Azər Türk Bank”ın mətbuat katibi Rauf Ağayev faktı təsdiqləyib.
R.Ağayev qeyd edib ki, "Azər Türk Bank”ın Yasamal filialının məzuniyyətdə olan bir əməkdaşı COVİD-19 virusuna yoluxub:
"Bununla əlaqədar olaraq bank rəhbərliyi tərəfindən filialın bütün əməkdaşlarının müayinəsinin təşkili həyata keçirilib. Filialın yerləşdiyi binada mütəxəssislər dezinfeksiya işlərini yerinə yetirib. Hazırda həmin filialın müştərilərinə Baş ofisdə və digər filiallarda xidmət olunur”.
Onun sözlərinə görə, Yasamal filialı sabah, 24 iyun tarixindən etibarən yeni tərkibdə fəaliyyətini davam etdirəcək.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər