BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda karantin rejimi daha da sərtləşdiriləcək –Operativ Qərargah açıqlama yaydı
Azərbaycanda karantin rejimi daha da sərtləşdiriləcək –Operativ Qərargah açıqlama yaydı
25-06-2020, 15:06
Oxunub: 3 473
“Son günlərdə koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur. Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir”.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir sıra hallarda sahibkarlıq subyektləri, Operativ Qərargahın mümkün qədər işə az əməkdaş çıxarmağa dair tövsiyələrinə baxmayaraq, bütün işçi heyətini tam tərkibdə, yaxud da böyük əksəriyyətini “İcazə.e-gov.az” portalından qeydiyyatdan keçirərək işə çıxmaları üçün birdəfəlik icazələr alır:
“Eyni zamanda, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslər də, bəzi hallarda mühafizə və texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri olandan xeyli artıq sayda əməkdaşları qeydiyyatdan keçirirlər.
Belə yanaşmaların müəyyən olunmuş məhdudiyyət tədbirlərinin səmərəsini azaldır, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.
Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantın rejimində işə çıxmasına icazə verilənlərin sayı ilə bağlı müəyyən olunmuş bir sıra məhdudiyyətlərin sərtləşdirilməsi məsələsinə yenidən baxılmasını zəruri hesab edir və bu istiqamətdə vacib olan bütün qərarları qəbul edəcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər