BolgeXeber.Com » Xəbərlər » Tərtər rayonunda vətəndaşların sanitar-gigiyenik maarifləndirilməsi davam edir

Tərtər rayonunda vətəndaşların sanitar-gigiyenik maarifləndirilməsi davam edir

25-06-2020, 17:03
Oxunub: 1 752 Tərtərdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir. Tərtər Rayon İcra Hakimiyyətində yaradılan koronavirusa qarşı mübarizə qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində maarifləndirmə işləri aparıblar.
İnfeksiyaya qarşı həyata keçirilən profilaktik tədbirlərlə yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri davam etdirilir. Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, sadə gigiyena qaydalarına riayət etməklə koronavirusdan qorunma yolları və doğru davranış qaydalarından bəhs edən məlumatlandırıcı təlimatları özündə əks etdirən posterlər YAP Tərtər rayon təşkilatının, “Qızıl Aypara” cəmiyyətinin Tərtər rayon bölməsinin və Tərtər Gənclərin İnkşaf və Karıyera Mərkəzinin könüllüləri tərəfindən əhalinin görə biləcəyi məkanlarda: yaşayış binalarının girişində, liftlərdə, ticarət, ictimai-iaşə obyektlərinin giriş qapılarında, idarə müəssisə və təşkilatların dəhlizlərində və digər görünən yerlərdə yerləşdirilmişdir. Dövlətimiz tərəfindən görülən tədbirlərin effektli olması üçün sakinlərdən müəyyən edilmiş bu qaydalara riayət etmələri tələb olunur.