DİN AÇIQLAMA YAYDI - Ordunun karantin rejiminə nəzarətə cəlb olunması ilə bağlı
3-07-2020, 17:12
Oxunub: 2 904
Müdafiə Nazirliyinin Mətbuat Xidməti xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına kömək məqsədi ilə Azərbaycan Ordusunun bəzi bölmələrinin də bu işə cəlb olunduğunu bildirib.
Bununla əlaqədar DİN-in Mətbuat Xidmətindən qeyd edilib ki, ölkədə xüsusi karantin rejimi tətbiq ediləndən bugünədək, təxminən 4 aydır ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində fasiləsiz olaraq nəzarət tədbirlərini həyata keçirirlər:
"Bu müddətdə əməkdaşlarımız məzuniyyətə çıxmadan, hətta həftənin bazar günləri öz xidmətlərini davam etdiriblər. Ona görə də tək Müdafiə Nazirliyinin deyil, eləcə də Fövqəladə Hallar Nazirliyinin, Sərhəd Qoşunlarının, yerli icra hakimiyyətlərinin əməkdaşları xüsusi karantin rejiminə nəzarət prosesində zərurət yarandığı təqdirdə polis əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına kömək məqsədi ilə bu işə cəlb olunurlar.
Fürsətdən istifadə edərək bu çətin və məsuliyyətli işdə Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək edən bütün qurumlara və vətəndaşlara öz təşəkkürümüzü bildiririk".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə