BolgeXeber.Com » Xəbərlər » Polis “Fairmont otel”də əməliyyat keçirdi - Hovuzda dincələnləri cəzalandırdı (VİDEO)

Polis “Fairmont otel”də əməliyyat keçirdi - Hovuzda dincələnləri cəzalandırdı (VİDEO)

5-07-2020, 18:15
Oxunub: 3 814 Polisin keçirdiyi əməliyyat nəticəsində "Fairmont Baku" oteldə 10-dan çox şəxs saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. 

Hazırda onlar barəsində araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi addımlar atılır. İctimaiyyətə geniş yekun məlumat veriləcək.
 
17.00

"Fairmont Baku" hotelində polis əməkdaşları əməliyyat keçirir.

Hazırda polis əməkdaşları karantini pozan şəxslərin kimliyini müəyyənləşdirir.

Hazırda əməliyyat davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə "Fairmont Baku" hotelinin müştəriləri karantin qaydalarını pozduğu barədə görüntülər paylaşılıb.
 Videonu təqdim edirik: