Hoteldə karantini pozan aparıcı Mələk Heydərova işdən çıxarıldı
6-07-2020, 12:04
Oxunub: 960
Azərbaycanın bir sıra şəhər və rayonlarında, eləcə də, Bakıda tətbiq olunan sərt karantin rejiminin tələblərini pozan teleaparıcı Mələk Heydərova işdən çıxarılıb.
Bolgexeber.com Oxu.Az-a istinadən xəbər verir ki, Baku TV rəhbərliyi karantin qaydalarına əməl etməyən, qeyri-peşəkarlıq sərgiləyərək, ictimai fikirdə mənfi imic formalaşdıran aparıcı ilə yollarını ayırmaq qərarına gəlib və Mələk Heydərova ilə əmək müqaviləsinə xitam verib.
Bundan əvvəl isə Mələk Heydərova ictimaiyyətdən, Baku TV izləyicilərindən, kanal rəhbərliyindən, oxuculardan sərgilədiyi davranışa görə üzr istəyib.
İctimaiyyətdə pandemiya dönəmində hazırladığı materiallarla diqqət çəkən Baku TV-nin siması olan aparıcının heç bir etik kodeks gözləmədən, xüsusi sərt karantin rejiminin tətbiq olunduğu bir gündə qaydalara tabe olmayaraq, hoteldə dincəlməsi izləyicilərdə qıcıq yaradıb.
Xatırladaq ki, Mələk Heydərova əmək məzuniyyətində olub və o, “Fairmont Bakı” hotelində istirahət edərkən çəkdiyi fotoları paylaşıb. Daxili İşlər Nazirliyi qısa zamanda hoteldə reyd keçirib və karantinin tələblərini pozan şəxslər saxlanılıb.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 2-02-2021, 22:06 : İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa işləri dövlətimizin başçısının nəzarətindədir
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm