Hərbi xidmətdən qayıdan oğluna yığıncaq keçirən ata cərimələndi
6-07-2020, 12:46
Oxunub: 2 642
Masallıda oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən şəxs və qonaqları cərimələnib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Ərkivan qəsəbə sakini Lazım Həsənovun oğlunun hərbi xidmətdən qayıtması münasibətilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.
Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən şəxslər saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə gətiriliblər. Karantin qaydalarının pozulmasına görə, 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər