Təhsil haqları artırılıb? - Ekspertdən açıqlama
8-07-2020, 10:06
Oxunub: 1 168
Sosial şəbəkələrdə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin təhsil haqqı kimi təqdim edilməsi anlaşılmazlıq yaradıb.
Modern.az xəbər verir ki, məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Baş Nazir Əli Əsədovun yeni qərarı təhsil haqlarının artırılması demək deyil:
“Təhsil haqları o qədər artırılmır. Qeyd olunan məbləğ break-even point (zərərsizlik nöqtəsi) və ya adambaşına düşən təhsil xərcidir.
Misal üçün, keçən il eyni cədvəldə Heykəltəraşlıq 6000 manat idi, amma abituriyent 4 jurnalında 2500 manat idi. Və ya 2019-cu ildə eyni cədvəldə dirijorluq 3900 manat idisə, abituriyent 4 jurnalında 2000 manat idi. Və ya Müalicə işi müvafiq cədvəldə 5400 manat idisə, abituriyent jurnalında 4500 manat idi.
Baş nazirin bugünkü qərarı təhsil haqqının artırılması demək deyil”.
Qeyd edək ki, qərara əsasən ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər