Bakıda karantin rejimini pozan sahibkar həbs edildi
9-07-2020, 17:39
Oxunub: 2 024
Qaradağ rayon sakini Cavanşir Dilavərovun ölkə ərazisindəki xüsusi karantin rejiminin tələblərini pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat əsasında Qaradağ rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, araşdırma zamanı Cavanşir Dilavərovun sanitariya-gigiyena və karantin qaydalarını pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yaşadığı evin zirzəmisində çayxana işlətməsinə əsaslı şübhələr müəyyən edilib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd edilən obyektin fəaliyyət göstərməsi və orada müştərilərin olması müəyyən edilmiş, eyni zamanda Cavanşir Dilavərovun törətmiş olduğu qanunsuz əməlləri etiraf etməsi audio-video çəkilişlə qeydə alınıb.
Faktla bağlı toplanmış material üzrə Qaradağ rayon prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilib.
Məhkəmənin müvafiq qərarına əsasən Cavanşir Dilavərov inzibati məsuliyyətə cəlb olunaraq barəsində 10 gün müddətinə inzibati həbs seçilib.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm