BolgeXeber.Com » Xəbərlər » Kamran Əliyevdən yeni TƏYİNAT

Kamran Əliyevdən yeni TƏYİNAT

10-07-2020, 12:21
Oxunub: 3 568 Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Günay Məmmədli Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

O bundan öncə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində prokuror vəzifəsində çalışıb.

Faktı  Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.