BolgeXeber.Com » Xəbərlər » Bu iki rayonda sahələri çəyirtkələr basıb - VİDEO

Bu iki rayonda sahələri çəyirtkələr basıb - VİDEO

10-07-2020, 13:00
Oxunub: 3 611 İyun ayının sonlarında respublika ərazisində güclü şimal-şərq küləklərindən sonra ölkənin şimal sərhədindən Şabran və Siyəzən rayonlarının bəzi ərazilərinə Asiya çəyirtkələrinin miqrasiyası müşahidə olunub.

 Bolgexeber.com-un məlumatına görə, çəyirtkələr ən çox Şabranın Xəzər sahilində yerləşən 5 kəndə məxsus təsərrüfat sahələrinə yayılıb.

Xüsusi təhlükəli zərərverici olan çəyirtkələrə qarşı Aqrar Xidmətlər Agentliyinin rayonlar üzrə bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları operativ mübarizə tədbirlərinə başlayıb.

Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr aparılır, aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: