Bərdə Rayon İcra Hakimiyyətinin başçısı oğlu ilə bağlı yayılan xəbəri təkzib etdi
17-07-2020, 10:40
Oxunub: 3 427
Ötən gün gecə saatlarında bəzi xəbər saytlarında guya Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turalın ölkədəki pandemiya şəraitinin əleyhinə olaraq toy mərasimi təşkil etməsi barədə xəbər yayılıb.
Yayılan xəbərin nə dərəcədə həqiqiəti əks etdirib-etdirimədiyini öyrənmək üçün bu dəqiqələrdə rayonun icra hakimiyyətinin başçısı Vidadi İsayevlə əlaqə saxlanılıb. V. İsayev xəbərin həqiqəti əks etdirmədiyi və kimlərinsə xəstə təxəyyülünün məhsulu olduğunu bildirdi:
"Mənim oğlum bir il əvvəl nişanlanıb və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər "zaks"a gedərək öz nikahlarını rəsmiləşdiriblər. Sizi və oxucularınızı əmin edirəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib. Ancaq görünür, gənclərin atdığı bu addımdan kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə ediblər".
Bolgexeber.com-un Bərdədəki müxbirinin məsələ ilə bildirdiyinə görə də yayılan məlumat tamamilə həqiqətə uyğun deyil və icra başçına qarşı yönələlən, onun fəaliyyətinə kölğə salmağa hesablanmış qara piardan başqa bir şey deyil. Bunu Bərdədə Bolgexeber.com-a yerli sakinlər də təsdiq etdilər.
Bolgexeber.com olaraq bildirək ki,bəşəriyyəti cənginə almış və nə zaman bitəcəyi naməlum bəla yeni yanaşmalar və oyun qaydaları diktə etməyə başlayıb. Bunlardan biri də artıq dəbdəbəli toy mərasimlərinin yerini gənclərin sadəcə öz istəklərini nikah kəsdirməklə heç bir mərasim keçirmədən, kimlərisə xərcə salmadan keçirmə təşəbbüsləridir. Bunu alqışlamaq əvəzinə əmma axtarışı yumşaq desək, onların haqqına girməkdir...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər