BolgeXeber.Com » Xəbərlər » MN: Azərbaycan Ordusu dağıdıcı gücə malik silahların yalnız cüzi hissəsini istifadə edib
MN: Azərbaycan Ordusu dağıdıcı gücə malik silahların yalnız cüzi hissəsini istifadə edib
18-07-2020, 14:10
Oxunub: 2 528
"Ümumilikdə vəziyyətin gərgin olmasına baxmayaraq, iyulun 17-dən 18-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlik hökm sürüb. Ön xətt mövqelərində ara-sıra atəşkəs rejimi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən pozulub. Düşmənin aktiv fəaliyyət cəhdinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb".
Bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
O bildirib ki, təxribat məqsədilə Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə atəş nöqtələrini öz mülki obyektlərinin yaxınlığında və ya arxasında gizlədirlər. Buna baxmayaraq Azərbaycan Ordusu tərəfindən düşmənin yalnız hərbi hədəflərinə qarşı zərbələr endirilib. Qəsdən Azərbaycan kəndlərini, mülki insanları və mülki obyektləri hədəfə alan Ermənistan silahlı qüvvələri bölmələrinin atəş nöqtələri bölmələrimizin dəqiq atəşi ilə susdurulub.
"Bildirirəm ki, Azərbaycan Ordusu son döyüş əməliyyatları zamanı sərəncamındakı, müasir informasiya texnologiyalarından istifadə edilməklə yüksək dəqiqliklə idarə olunan və geniş ərazidə dağıdıcı gücə malik silahların yalnız cüzi bir hissəsini istifadə edib. Bu hələ hamısı deyil.
Son döyüşlərdə qoşunlarımızın düşmən mövqelərini, hərbi obyektlərini, döyüş texnikası, canlı qüvvəsi və ehtiyatlarını necə dəqiqliklə məhv etdiyi təqdim edilmiş video materiallardan da aydın müşahidə edilib. Bu Azərbaycan Ordusunun döyüş imkanlarının, hərbi potensialının və şəxsi heyətin peşəkarlığının göstəricisidir.
Əminliklə deyirəm ki, Ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksək olması, sərəncamında olan döyüş əməliyyatlarının aparılması və təhlükəsizliyimiz üçün təyin edilən müasir silah və texnika qələbəmizi tam təmin edəcək", - V.Dərgahlı qeyd edib.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-02-2021, 13:19 : Prezident yeni yaradılmış agentliyə sədr təyin etdi (SƏRƏNCAM)
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm