Bakıda qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən qadın xəstəxanada ölüb
22-07-2020, 14:19
Oxunub: 1 368
İyulun 19-u saat 12 radələrində Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Məxliqə Fərəcovanın müalicə olunduğu A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında ölməsi barədə məlumat daxil olub.
Yasamal rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, iyulun 11-də Məxliqə Fərəcova Ağsu Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı olunaraq uşaq dünyaya gətirib, lakin iyulun 13-də səhhəti kəskin pisləşdiyindən o, A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq Məxliqə Fərəcova iyulun 19-da vəfat edib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-02-2021, 13:19 : Prezident yeni yaradılmış agentliyə sədr təyin etdi (SƏRƏNCAM)
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm