BolgeXeber.Com » Xəbərlər » Göyçayda yaşadığı evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi başlanıldı
Göyçayda yaşadığı evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi başlanıldı
25-07-2020, 11:31
Oxunub: 3 400
Koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması və digər neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Bolgexeber.com-a Göyçay rayon prokurorluğundan məlumat verilib.
Belə ki, iyulun 20-də saat 10 radələrində koronavirus infeksiyasına yoluxmuş Göyçay rayonu, İnçə kənd sakini 1974-cü il təvəllüdlü Vüqar Mehdiyevin ev şəraitində müalicə almasına baxmayaraq, yaşadığı evi icazəsiz və tibbi maskadan istifadə etmədən tərk edərək infeksiyanın digər vətəndaşlara yoluxması təhlükəsi yaratmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün rayon polis şöbəsinin İstintaq Bölməsinə göndərilmişdir.
Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər