BolgeXeber.Com » Xəbərlər » Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
28-07-2020, 15:38
Oxunub: 1 616
Cari ilin 21 iyul tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisində 2021-ci ildə keçirilməsi nəzərdə tutulan BMT-nın Baş Assambleyasının korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası (UNGASS 2021) çərçivəsində qəbul ediləcək siyasi bəyannamə layihəsi ilə əlaqədar Tərəf Dövlətləri arasında videokonfrans formatında qeyri-rəsmi görüş keçirilmişdir. Bu barədə Bolgexeber.com-a Baş Prokurorluqdan verilən məlumatda deyilir.
BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Avstraliya, Niderland Krallığı, Meksika Birləşmiş Ştatları, Peru Respublikası, Rusiya Federasiyası, Braziliya Federativ Respublikası, Çin Xalq Respublikası və Korrupsiya əleyhinə Konvensiyaya (UNCAC) tərəf olan digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin birinci katibi Şahin Şahyarov iştirak etmişdir.
Tədbirdə əvvəlki müzakirələrin davamı olaraq, siyasi bəyannamə layihəsi həmsədrlər- Peru Respublikasının Avstriya Respublikasındakı səfiri Erik Anderson və Birləşmiş Ərəb Əmirliklərinin səfiri Hamad Alkaabi tərəfindən iştirakçılara təqdim edilmiş, Tərəf Dövlətlərinin nümayəndələri tərəfindən layihə ilə bağlı yaranan problemlərə dair müzakirələr və geniş fikir mübadiləsi aparılmışdır.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm