BolgeXeber.Com » Xəbərlər » İstanbula təyin olunan yeni baş konsul telejurnalist olub

İstanbula təyin olunan yeni baş konsul telejurnalist olub

21-07-2020, 17:30
Oxunub: 1 459 Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın İstanbulda baş konsulu təyin edilib. 
 Bolgexeber.com Modern.az-a istinadən xəbər verir ki, Nərminə Mustafayeva daha əvvəllər jurnalist kimi fəaliyyət göstərib. Belə ki, o, 90-cı illərin sonu-2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb, "Xəbərçi” proqramının aparıcısı olub. 
 
Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanının telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib. Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.
Qeyd edək ki, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu olmuş Məsim Hacıyevin diplomatik xidmət müddəti başa çatıb.