Sumqayıt polisi gücləndirilmiş iş rejimində çalışır-FOTO
31-07-2020, 13:00
Oxunub: 2 072
Sumqayıt şəhərində vətəndaşların xüsusi karantin rejiminə riayət etməsi üçün tədbirlər davam etdirilir.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşınının alınması məqsədi ilə mütəmadi olaraq tədbirlər davam etdirilir. Sumqayıtda SMS-lə küçəyə çıxmaq icazəsi olmayanlar müvafiq qaydada cəzalanırlar, icazəsi olanlar isə tam sərbəst şəhərdə hərəkət edirlər. Karantin rejiminə əməl edən sakinlər şəhərdə fəaliyyət göstərən dövlət qurumlarına, banklara heç bir məhdudiyyət olmadan gedib-gələ bilirlər.
Bundan başqa Polis əməkdaşları şəhər ərazisində, bankların, obyektlərin qabağında vətəndaşların virusdan qorunmaq üçün ara məsafəsinin saxlanılmasına riayət etmələrinə nəzarət edirlər.
Polis əməkdaşları həmçinin Sumqayıt fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinə də ciddi nəzarət edirlər,tez-tez yoxlamalar aparırlar.
Həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətinin, Hüquq Mühafizə Orqanlarının, Sumqayıt şəhər Mənzil Komunal İdarəsinin və digər qurumların əməkdaşlarından ibarət mobil qruplar şəhər ərazisində maarifləndirmə işləri həyata keçirir, eyni zamanda sərt karantin rejiminin tələblərinin icrasına nəzarət həyata keçirilir. İnsanların qaydalara əməl etməsi ilə bağlı çağrışlar olunur.
Mobil qruplar şəhər ərazisində fəaliyyət göstərən marketlərdə, eləcə də məhəllə daxili ərazilərdə insanlarla maarifləndirmə işləri həyata keçirir, SMS icazənin olub-olmaması yoxlanılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, polis əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktik, həm də reyd xarakterli tədbirlər həyata keçirirlər. Sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparır, sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılır.
Bununla yanaşı, xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bildiyiniz kimi Daxili İşlər Nazirliyi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib. Müraciətdə bildirlir ki,xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur.
Bolgexeber.com bildirir ki, Sumqayıtda fəaliyyət göstərən heyvan satışı bazarlarının fəaliyyəti dayandırılıb.
Sumqayıt şəhər Polis İdarəsindən Bolgexeber.com –a verilən məlumata görə, pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilmir. Qeyd olunub ki, yol kənarlarında olan heyvan satışını həyata keçirən məntəqələrin də fəaliyyətinə qadağa qoyulub. Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ət kəsimi ilə məşğul olan şəxslərə qarşı tədbirlər görülüb.
Sumqayıt şəhər Polis İdarəsindən bildirilib ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır. (www.qurbanliq.kendden.az).
Onlyan satışın yalnız Sumqayıt şəhər, Azərbaycan 20-ci məhəllə ərazisindən həyata keçirilməsi bildirilir.
Qeyd edək ki, Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz qurbanlıq ət kəsimi ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.
Bolgexeber.com Qurbanlıq heyvanların onlayn satılmasına Sumqayıt sakinlərinin münasibətini öyrənib. Sakinlər bu qərardan razılıqlarını bildiriblər və qeyd ediblər ki, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyasını nəzərə alınsa, onlayn sifariş vətəndaşların sağlamlığının qorunmasına və satış mərkəzlərində yarana biləcək sıxlığın qarşısının alınmasına xidmət edəcək.
Bolgexeber.com














Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm