BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda tanınmış şairin dənizdə batan oğlunun meyiti tapıldı - VİDEO

Azərbaycanda tanınmış şairin dənizdə batan oğlunun meyiti tapıldı - VİDEO

1-08-2020, 18:48
Oxunub: 5 629 İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun meyiti saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə FHN məlumat yayıb.
Xatırladaq ki, iyulun 30-da eyni ərazidə batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti bu gün saat 10:40-da tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, P.Vəliyev tanınmış şair Şaiq Vəlinin oğludur.
İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir.