BolgeXeber.Com » Xəbərlər » Şirvan şəhər regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində karantin rejiminə ciddi nəzarət edilir-FOTO

Şirvan şəhər regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində karantin rejiminə ciddi nəzarət edilir-FOTO

3-08-2020, 17:11
Oxunub: 12 420 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur.
 
Baş Dövlət Yol Polis İdarəsinin Şirvan şəhər regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində karantin rejiminə ciddi əməl olunur. Belə ki, sürücülər avtomobillərin texniki yoxlanışına maska ilə buraxılır. İdarəyə sənəd almaq üçün gələn vətəndaşların, həmiçinin şöbənin əməkdaşların hərarəti  ciddi şəkildə xüsusi aparatla yoxlanılır, vətəndaşların virusdan qorunmaq üçün ara məsafəsinin saxlanılmasına riayət etmələrinə nəzarət edilir, ərazidə dezinfeksiya işləri aparılır və lazım olan digər lazımi tədbirlər görülür. 
Bolgexeber.com Şirvan şəhər regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəis heyətinin karantin rejiminə əməl olunmasına tam nəzarət etməsinin şahidi olublar.
Şirvan şəhər regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Əlixan Zeynalov qeydiyyat-imtahan şöbəsində olan əməkdaşımıza açıqlamasında bildirdi ki, karantin rejimi nisbətən yumşalsa da onlar rəhbərliyin verdiyi qərarların ciddi surətdə əməl olunmasına nəzarət etməkdə davam edirlər.

Bolgexeber.com