Baş Prokurorluq koronavirusla mübarizə ilə bağlı məlumat yayıb
7-08-2020, 17:56
Oxunub: 5 408
Azərbaycan Raspublikasının rəhbərliyi, habelə höküməti və aidiyyəti dövlət qurumları tərəfindən pandemiya dövründə risklərin düzgün qiymətləndirilməsi nəticəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir.
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, Azərbaycan Respublikası Prokurorluğunun da üzvü olduğu Avropa ölkələrinin prokurorluq və antikorrupsiya qurumlarının Korrupsiyaya qarşı mübarizə əməkdaşlığı təşkilatı tərəfindən həmin təşkilata üzv olan Avropa ölkələrinin hökümətləri və müvafiq dövlət qurumları tərəfindən pandemiya dövründə həyata keçirilən qabaqlayıcı və inzibati tədbirlər təhlil edilib və bu barədə məlumat EPAC və EACN təşkilatlarının birgə bülletenində dərc olunub.
Müsbət haldır ki, Azərbaycan Respublikasında bu sahədə vaxtında həyata keçirilən operativ tədbirlər nəticəsində əhalinin sosial və digər maraqlarının nəzərə alınması və onların təmin edilməsi üçün müvafiq addımların atılması barədə də məlumat Bülletendə öz əksini tapmışdır. O cümlədən qeyd edilmişdir ki, əhaliyə göstərilmiş maddi yardım, həmçinin vətəndaşların sağlamlıqlarının qorunması üçün əlçatan və keyfiyyətli tibbi yardım göstərilmiş, bu məqsədlə yeni modul tipli xəstəxanalar tikilməklə istifadəyə verilmişdir.
Həmçinin, COVİD-19 pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılaraq qanuni tədbirlərin görülməsi, habelə koronavirusa qarşı həyata keçirilmiş səmərəli inzibati tədbirlər də xüsusilə vurğulanmışdır.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- Dünən, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər