Polisin bıçaqlanmasına görə cinayət işi başlanıldı
10-08-2020, 12:26
Oxunub: 3 340
Xətai rayon prokurorluğu açıqlama yayıb.
Açıqlamada deyilir:
Avqustun 9-da paytaxtın Xətai rayonu ərazisində polis əməkdaşlarına müqavimət göstərilməsi və bir nəfər polis əməkdaşına xəsarət yetirilməsi ilə bağlı prokurorluğa məlumat daxil olmuşdur.
Araşdırmalarla həmin gün saat 02 radələrində həmin vaxt xidmətdə olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 3-cü patrul bölüyünün polis əməkdaşları - Vüsal Məmmədov, Kənan Qurbanlı, Elvin Tağıyev, Nihad Əliyev Xətai rayonu ərazisində bir neçə şəxsin səs-küy salaraq ictimai asayişi pozan hərəkətlərinin qarşısını almaq istəyərkən oradakı şəxslərdən biri olan Elşad Əsədovun polis əməkdaşlarını bıçaqla hədələməsinə, hadisə yerindən qaçmaq məqsədilə polis əməkdaşı Vüsal Məmmədova müqavimət göstərərək onun kürək nahiyəsinə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər