Sabah 36 dərəcə isti olacaq
11-08-2020, 13:27
Oxunub: 2 392
Azərbaycanda 12 avqustda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm