Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən açıqlama
12-08-2020, 13:04
Oxunub: 2 240
Xəbər verdiyimiz kimi, avqustun 11-də Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib. Açıq havada olan kafe və restoranların gələn həftədən açılması gözlənilir. Eyni zamanda rayonlara gediş-gəliş də bərpa edilə bilərmi?
Bununla bağlı konkret.az-a danışan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, hazırda rayonlara gediş-gəliş məsələsi müzakirə olunur:
“Bununla bağlı qərar qəbul edilərsə, bu barədə brifinqdə məlumat veriləcək. Ümumiyyətlə rayonlara gediş-gəlişə icazə verilməsi ilə bağlı qərarı Operativ Qərargah verir”.
Professor Adil Qeybulla deyib ki, rayonlara gediş-gəlişi açmaqla Bakı şəhərinin yükünü az da olsa azalmaq lazımdır:
“Təbii ki, rayonlara gediş-gəlişlə bağlı qaydaların hazırlanması vacibdir. Belə ki, Bakı şəhərindən hansısa rayona gedən şəxsin postda tempuraturu ölçülməlidir. Bundan əlavə istirahət mərkəzlərində, qapalı məkanlarda, rayonun özündə belə karantin davranışlarının gözlənilməsi vacibdir. Müxtəlif qonaq evlərinin, otellərin fəaliyyəti tənzimlənməlidir. Yəni bunun kimi qaydalar hazırlandıqdan sonra insanların rayonlara gediş-gəlişinə icazə vermək olar”.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər