4 saylı Ekologiya və Təbii Sərvətlər idarəsi çimərliklərdə reydlər keçirir
14-08-2020, 09:11
Oxunub: 18 609
Bolgexeber.com bildirir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığına əsasən Xızı, Sumqayıt, Abşeron, Qobustan ərazilərində mütəmadi olaraq ağaclar əkilir, yaşıllıqlar salınır,ekologiyanın qorunmasına ciddi nəzarət edilir.
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib.
Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birlikdə çimərliklərdə karantin qaydaları tələblərinə uyğun olaraq vətəndaşların istirahəti üçün lazımi şərait yaradılıb, təmizliyin qorunması, tullantıların daşınması üçün bütün tədbirlər görülür, monitorinqlər keçirilir.
Əməkdaşlarımız Corat yaxınlığındakı, Novxanıdakı çimərliklərdə olarkən 4 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən reydlər keçirilməsinin, maarifləndirmə işlərinin aparılmasının, təmizliyə riayət olunmasına ciddi nəzarət edilməsinin şahidi olublar.
4 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin rəsmisi Sadiq Yusifovun əməkdaşımıza bildirdiyinə görə reydlər nəticəsində aşkar edilmiş çatışmazlıqlarla bağlı müvafiq tədbirlər görülür, karantin şəraitinin pozulması və antisanitariya vəziyyətinə yol verən çimərliklər barədə ciddi ölçü götürülür.
4 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları vətəndaşlarımızı çimərlikdə olduqları zamanı mövcud qaydalara və təmizliyə riayət etməyə çağırır.
“İdarəmiz tərəfindən rəhbərliyin verdiyi bütün tapşırıqlar və qərarlar icra olunur və bundan sonra da fəaliyyətimizi bu səpkidə davam etdirəcəyik ”,- Sadiq Yusifov bildirdi. Sadiq Yusifov həmçinin qeyd etdi ki, 4 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Mübariz Vəliyev reydlərdə şəxsən iştrirak edir və onun verdiyi tapşırıqlar yerində icra olnur.
Bubdan başqa Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları ərazidə yerləşən çimərliklərdə Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarəti həyata keçirirlər.
Polis əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlarla izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi izah edilir.
Tədbir zamanı çimərliklərə üz tutuanların diqqətinə dəniz kənarında 5 nəfərdən artıq toplaşmağın qadağan olunduğu çatdırılır. Həmçinin polislər dənizə istirahətə gələn vətəndaşlara çimərliklərdən istifadənin saat 8:00-dan 21:00-dək mümkün olduğunu bildiriblər.
4 saylı Ekologiya və Təbii Sərvətlər idarəsi ərazilərdə reydləri və monitorinqlərin keçirilməsini davam etdirir.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər