Bərdədə atasını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
14-08-2020, 18:35
Oxunub: 4 056
19 mart 2020-ci il tarixdə Bərdə rayon sakini 1936-cı il təvəllüdlü Əkbər Mustafayevin köməksiz vəziyyətdə olarkən bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə Bərdə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bərdə rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, istintaqla zərərçəkmişin oğlu xroniki psixi xəstəlikdən əziyyət çəkən 1969-cu il təvəllüdlü Namiq Mustafayevin aralarında ailə-məişət zəminində yaranmış mübahisə nəticəsində yaşadıqları evdə aşkar surətdə köməksiz vəziyyətdə olmaqla yatmış atası Əkbər Mustafayevə bıçaq xəsarəti yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Namiq Mustafayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, Namiq Mustafayev cinayət əməlini törədən zaman düçar olduğu xroniki psixi xəstəlikdən əziyyət çəkərək öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmayıb.
11 avqust 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, anlaqsız vəziyyətdə cinayət törətmiş Namiq Mustafayevin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər