BolgeXeber.Com » Xəbərlər » Bakı-Quba yolundakı karantin keçid postunda xüsusi karantin rejiminə əməl olunmasına ciddi nəzarət edilir-FOTO

Bakı-Quba yolundakı karantin keçid postunda xüsusi karantin rejiminə əməl olunmasına ciddi nəzarət edilir-FOTO

18-08-2020, 14:55
Oxunub: 3 505 Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Azərbaycanda karantin rejimi  tədbiq edilib.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
 Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə xüsusi karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur. Yol polisi əməkdaşları ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət olunması istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər.
Bakı-Quba yolunda yerləşən karantin keçid postunda  Baş Dövlət Yol Polisi İdarəsinin  Yol Patrul Xidməti Alayının ayrı-ayrı tağımlarının əməkdaşları Çevik Polis Alayının əməkdaşları ilə birlikdə növbəli xidmət aparırlar.
Ərazidə polis əməkdaşları sosial məsafəni gözləməklə, qoruyucu maskalardan istifadə edərək vətəndaşların sənədlərini bir-bir yoxlayır və onlara icazəsi olub-olmaması ilə bağlı göstəriş verib postdan keçmələrinə imkan yaradır. İcazəsiz olanlar geri qaytarılır. Həmçinin tibbi maskası olmayan sürücülərə yol polisləri tərəfindən maskalar təqdim olunur.
 Bolgexeber.com-un əməkdaşları Bakı-Quba yolunda yerləşən karantin keçid postunda  olublar və polislərin xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət etmələrinin şahidi olublar.
 
Yol Patrul Xidməti Alayının 1-ci tağımının baş inspektoru Yaşar Qasımov əməkdaşımıza açıqlamasında bildirdi ki, keçid postundan paytaxt və rayon istiqamətinə hərəkət edən avtomobillərin sürücüləri  saxlanılaraq sənədləri yoxlanılır.
Nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdlərinin qarşısı alınır:
“İzazəsi olmayanlar geri qaytarılır, karantin qaydalarını pozanlar isə  polis əməkdaşları tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb ediliblər.
 
Postda pols əməkdaşları tərəfindən rəhbərliyin bütün göstərişləri tam icra olunur və bu tədbirlər karantin rejimi bitənədək davam edəcək”, -Yaşar Qasımov bildirdi.