"Biz birlikdə güclüyük!"
19-08-2020, 16:07
Oxunub: 3 984
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar müxtəlif tədbirlər, o cümlədən sosial dəstək tədbirləri həyata keçirilir. Növbəti belə bir tədbir Bərdə Rayon İcra Hakimiyyəti və "Paşa Holdinq" MMC-nin birgə təşəbbüsü ilə Bərdə şəhərində həmçinin qəsəbə və kəndlərində baş tutub. Belə ki, rayon ərazisində yaşayan yaşı 65-dən yuxarı tənha şəxslərə, aztəminatlı o cümlədən şəhid ailələrinə baş çəkilib, onlara ümumilikdə 300 ədəd gündəlik ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb. Aksiyadan yararlanan rayon sakinləri dövlətimiz tərəfindən onların sosial məsələlərinin həllinə daim böyük diqqət göstərildiyini, hər zaman qayğı ilə əhatə olunduqlarını bildirib və karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə başda dövlət başçısı cənab İlham Əliyev və ölkənin birinci xanım Mehriban xanım Əliyeva olmaqla bütün aksiya iştirakçılarına təşəkkür ediblər.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər