BolgeXeber.Com » Xəbərlər » Şirvanda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir
Şirvanda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir
25-08-2020, 14:03
Oxunub: 4 195
Şirvan şəhərində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ticarət və xidmət obyektlərinə reydlər davam etdirilir.
2020-08-25Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr Şirvan şəhərində də ardıcıl yerinə yetirilir. Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən görülən qabaqlayıcı tədbirlər daha da gücləndirilir. Şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargahın, mobil təbliğat qruplarının, şəhər Polis şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə avqust ayının 24-də 27-si ictimai-iaşə obyekti, 130-u ticarət obyekti, 8-i bərbərxana və gözəllik salonu və 4-ü digər obyektlər olmaqla, ümumilikdə 169 müəssisədə reyd keçirilmişdir. Qida Təhlükəsizliyi Agentliyinin Salyan Regional Bölməsi tərəfindən normativ texniki sənədlərin və sanitariya norma və qaydalarına əməl etməyən 1 ictimai iaşə obyektinin faliyyəti dayandırılmışdır. Şirvan şəhər Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati xəta törətmiş 18 nəfər şəxsə 1800 manat məbləğində cərimə tətbiq edilmişdir. Reydlər zamanı sahibkarlara, alıcılara və xidmətdən istifadə edən şəxslərə karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə mövcud qanunvericilik izah edilmiş, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilmişdir. Keçirilən reydlər və görülən tədbirlər sakinlər tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər