Nöqsana yol verən prokuror köməkçisi işdən çıxarıldı
26-08-2020, 14:55
Oxunub: 4 179
"Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi Həsənov Əsgər Novruz oğlunun prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verməsi ilə bağlı informasiyalar paylaşılıb".
Bu barədə Bolgexeber.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Bununla bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən müvafiq yoxlama aparılıb. Toplanmış materiallar Baş Prokurorluğun "İşin Təşkili Qaydaları” əsasında yeni yaradılmış İntizam Komissiyasına təqdim olunub.
İntizam Komissiyasında xidməti yoxlama materiallarına baxılaraq Əsgər Həsənovun "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərini pozaraq prokurorluq orqanlarında formalaşdırılmış nizam-intizam qaydalarının tələblərinə riayət etməməsi, o cümlədən eyni xarakterli pozuntularla əlaqədar Baş Prokurorluq üzrə əvvəllər verilmiş müvafiq əmrlərdən nəticə çıxarmaması müəyyən edildiyindən onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı Baş prokurora təqdimatla müraciət olunub.
Baş Prokuror Kamran Əliyevin 26 avqust 2020-ci il tarixli əmri ilə Əsgər Həsənov rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib", - Mətbuat Xidmətindən bildirilib
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər