Bərdədə gənc oğlanın ölümü ilə bağlı rəsmi açıqlama
27-08-2020, 13:44
Oxunub: 3 954
Avqustun 26-da saat 15 radələrində Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən avtomobilyuma məntəqəsində işləyən Niyaməddin Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bərdə Rayon Prokurorluğundan Bolgexeber.com-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Niyaməddin Həsənov işlədiyi avtomobilyuma məntəqəsində işləyən zaman elektrik cərəyanı vurması nəticəsində yıxılıb və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər